Yuxarı

Atasının şirkətindən 50 min oğurlayan tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində şirkətdən içərisi pulla dolu seyfi oğurlayan şəxslər saxlanılıb.

Report-un məlumatına görə, bu, sentyabrın 29-u gecə saatlarında Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində yerləşən şirkətin ofisindən içərisi pulla dolu seyfi oğurlayan şəxslər - Naxçıvan şəhər sakinləri - 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı Vasif Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan oğurladıqları seyf və 39 min 400 AZN və 5 min 700 ABŞ dollar pul gizlətdikləri yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Qeyd edək ki, ofisin gözətçisini döyüb, daha sonra oradan seyfi oğurlayanlardan biri olan Asif Əliyev şirkətin Gəncə nümayəndəliyinin rəhbəri Azər Əliyevin öz oğludur, digəri, Vasif Əliyev isə onun qardaşı oğludur.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Tarix
2016.10.02 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla