Yuxarı

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirdi - Foto

“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib.

Axar.az xəbər verir ki, proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub.

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tarix
2026.07.16 / 12:37
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla