Yuxarı

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.

Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən ediləcək və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.

Qeyd edək ki, burada əsas dəyişiklik elektron pul köçürmələrinin məbləğinin artırılması deyil, həmin həddin hesablanma qaydasının dəyişdirilməsidir. Belə ki, əvvəlki qərarda da minimum məbləğ 20 min manat idi. Yeni qərarla bu hədd bir təqvim ili üzrə müəyyən edilir və müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq.

Həmçinin, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il dekabrın 31-dək təqdim edilməsini təmin etməlidirlər.

Məlumat üçün bildirək ki, aprelin 21-də imzalanan qərar oktyabr 1-dən qüvvəyə minəcək.

Tarix
2026.08.05 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla