Yuxarı

Azərbaycanda iki vəkilə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iki vəkilə hökm oxundu

Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib.

Axar.az “Gununsesi.info”ya istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Rəşad Tapdıq oğlu Abdullayev və Süleyman Hüseynqulu oğlu Əliyev barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə bağlı olub.

Bildirilir ki, cinayət işi üzrə iki il müddətində istintaq aparılıb. Daha sonra iş materialları məhkəməyə göndərilib və Gəncə Şəhər Məhkəməsində baxılaraq hökm çıxarılıb.

Tarix
2026.08.09 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla