Yuxarı

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

Son günlər bəzi istehlakçılar tərəfindən “Pendirli Manqalüstü” sosisi ilə bağlı yaranan narahatlığa görə “Səhliyalı” şirkəti məlumat yayıb.

Qeyd edilib ki, “Halal Nemət, Min Bərəkət” brendinə məxsus “Pendirli Manqalüstü”nün içərisində istifadə edilən holland pendiri yüksək keyfiyyətli Alman istehsalçısı olan GAUDINA markasına məxsusdur.

Əvvəlcə onu qeyd etmək istəyirik ki, pendirli manqalüstü sosisinin tərkibindəki pendirin əriyib maye halına keçməsinin səbəbi normal texnoloji prosesdir:

“Temperatur yüksəldikcə pendir əriyir. Proses ardıcıllığı aşağıdakı kimidir:

- 45 dəqiqə quruma prosesi

- 30 dəqiqə hisə verilmə prosesi

- Sonra isə 1 saat buxarda 75 selsi dərəcədə bişirilir

- Sobada temperatur 80° C-yə çatanda məhsul çıxarılır.

Məhsulun tərkibi isə aşağıdakı kimidir:

Mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağı (günəbaxan, qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktı.

Məhsulun tərkibindəki holland pendirinin miqdarı 12% faiz təşkil edir.

Nəzərinizə çatdırmaq istəyirik ki, istehsal etdiyimiz bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və müəssisənin İSO 17025 beynəlxaq standartına uyğun akkreditə olunmuş laboratoriyasında yoxlanılır və bundan sonra satışa çıxarılmasına icazə verilir.

Tarix
2026.08.20 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla