Yuxarı

Təyyarə göyərtəsində POS ödəniş imkanı istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə göyərtəsində POS ödəniş imkanı istifadəyə verildi

Azərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.

Axar.az xəbər verir ki, bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə ABB POS terminallarında sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.

Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.

Yeni həll Azərbaycan Hava Yollarının sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.

ABB üçün isə təyyarə göyərtəsində POS terminalla ödəniş imkanının yaradılması həyat tərzi tərəfdaşı olaraq müştərilərə təqdim edilən daha bir yeni imkandır. Bank ümumi yanaşma çərçivəsində müştərilərin müxtəlif ehtiyaclarını vahid ekosistem daxilində qarşılayan rəqəmsal və maliyyə həllərini inkişaf etdirir.

Azərbaycan Hava Yolları və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni həll sərnişinlərə əlavə xidmətlərdən uçuş zamanı rahat yararlanmaq və ödənişləri birbaşa göyərtədə həyata keçirmək imkanı yaratmaqla müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət göstərir.

Tarix
2026.08.20 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla