Yuxarı

ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

ABB Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı yeni araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda 2026-cı ilin birinci yarısında paytaxtın daşınmaz əmlak bazarında özünü göstərən əsas tendensiyalar araşdırılır.

Hesabatdan belə məlum olur ki, cari ilin ilk 2 rübündə Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, temp əvvəlki dövrlərlə müqayisədə nisbətən zəifləyib. Bu isə onu göstərir ki, daşınmaz əmlaka tələbin yenə böyük olmasına rəğmən alıcılar qiymət məsələsində və seçimlərdə daha həssas davranmağa başlayıblar.

Torpaq bazarında qiymət artımı daha böyük olub. Torpaq sahələrinə yüksək tələb qiymət artımına təsir göstərib. Xüsusilə inkişaf potensialı yüksək və məhdud təklifə malik ərazilərdə torpağın investisiya və tikinti resursu kimi əhəmiyyəti artıb. Fərdi yaşayış evlərinə tələb və onların qiymətlərində artım tendensiyası da qorunub. Burada mövsümi tələb amili də öz təsirini göstərib.

Qeyri-yaşayış sahələrinin qiymətlərində artım müşahidə olunub. Lakin bu seqmentdə bazar daha dəyişkən dinamika nümayiş etdirib. Obyektin yerləşməsi, funksional təyinatı və gəlir yaratmaq potensialı qiymətlərin formalaşmasında mühüm amil kimi çıxış edib.

Bir diqqətçəkən tendensiya da ondan ibarətdir ki, Bakı şəhərinin mənzil bazarında qiymət artımı tədricən daha geniş coğrafiyaya yayılmaqdadır. Həmçinin alıcılar daha əlçatan ərazilərə yönəlirlər.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma- hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2026.08.20 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla