Yuxarı

Xətaidə Mübariz Tağıyevlə görüş keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Mübariz Tağıyevlə görüş keçirildi - Video

24 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Azərbaycanın Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbir Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, YAP Xətai rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Qərbi Azərbaycan İcmasının Xətai rayon nümayəndəliyinin rəhbəri Vilayət Əmirov, şəhid ailələri, mədəniyyət və incəsənət nümayəndələri, ictimaiyyət və rayon sakinləri iştirak ediblər.

Səmimi şəraitdə keçən görüşdə Xalq artisti Mübariz Tağıyevin yaradıcılıq fəaliyyəti, Azərbaycan estrada sənətinə verdiyi töhfələr və sənət yolunda qazandığı uğurlar diqqətə çatdırılıb. Sənətkar öz yaradıcılıq fəaliyyəti barədə fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra Mübariz Tağıyevin ifasında səsləndirilən sevilən mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş edib. İştirakçılar sənətkarın ifalarını böyük maraq və alqışlarla qarşılayıblar.

Görüş Azərbaycan mədəniyyətinin və milli musiqi sənətinin təbliği, eləcə də sənətkarlarla ictimaiyyət arasında canlı ünsiyyətin yaradılması baxımından əhəmiyyətli tədbirlərdən biri olub.

Tarix
2026.08.25 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla