Yuxarı

Şuşada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 24-də Şuşa şəhərində vətəndaşları qəbul edib.

Axar.az xəbər verir ki, qəbulda Şuşa və Xankəndi şəhərlərinin, Ağdərə və Xocalı rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının daim prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda iştirak edən vətəndaşlara bir daha xatırladılıb.

Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir. Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Tarix
2026.08.25 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla