Yuxarı

Bu il tələbə adını qazananların sayı... - DİM sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il tələbə adını qazananların sayı... - DİM sədri

Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07% dolub.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib:

"Onlardan 58 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28 108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30 522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 97,07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcək".

Sədrin sözlərinə görə, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1 711 nəfər daha çox olduğunu müşahidə edilir:

"Eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir".

Tarix
2026.08.25 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla