Yuxarı

Ağdərənin elektrik təsərrüfatı yenidən qurulur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdərənin elektrik təsərrüfatı yenidən qurulur - Video

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir. Doğma yurdlarına qovuşan sakinlər keyfiyyətli elekrik enerjisi ilə təmin olunurlar.

Axar.az xəbər verir ki, rayon ərazisində 0.4 və 35 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.

Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.

“Azərişıq” ASC Ağdərə ilə yanaşı ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.

Tarix
2026.08.25 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla