Yuxarı

Təxliyə edilən sakinlər evlərinə nə zaman qayıdacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təxliyə edilən sakinlər evlərinə nə zaman qayıdacaq?

Goranboy rayonunun Nizami kəndi ərazisində yanğınla müşayiət olunan partlayışla əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.

Komissiyadan Axar.az-a verilən xəbərə görə, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub, vəziyyət dərhal nəzarətə götürülüb.

Qeyd edilib ki, hadisənin bütün mərhələləri barədə müvafiq qurumlara mütəmadi məlumat verilib, dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilib.

İcra başçısı vurğulayıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.

İclasda aidiyyəti qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verilib.

Bildirilib ki, baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.

Sonda Fövqəladə Hallar Komissiyasının fəaliyyəti çərçivəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, vəziyyətin daim nəzarətdə saxlanılması və zəruri tədbirlərin fasiləsiz davam etdirilməsi qərara alınıb.

Tarix
2026.09.02 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla