Yuxarı

Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto

Bakı şəhəri Tərlan Heybətov adına “Vətən” idman liseyinin direktoru Tərminə Əsədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Axar.az anyus.az-a istinadla xəbər verir ki, müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilib.

Həmin bənd əmək müqaviləsinin işçinin təşəbbüsü ilə dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, T.Əsədovanın adı bu ilin avqustunda liseydə müəllimin valideyndən pul alması ilə bağlı yayılan media materiallarında da çəkilib. Liseyin müəllimi Pünhan Pənahovun məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qəbul imtahanı ilə bağlı kömək vədi qarşılığında 5 500 manat aldığı iddia olunub. Həmin yazılarda Pənahovun Əsədovaya arxalandığı və məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı bildirilib.

Əsədova daha əvvəl 126 saylı məktəbin direktoru olarkən də mətbuatda işıqlandırılıb. 2019-cu ildə yayımlanan xəbərdə həmin məktəbin ibtidai sinif şagirdlərinin qonşu 244 saylı məktəbə köçürülməsi ilə bağlı sakinlərin narahatlığı və direktorun məsələni şərh etməkdən imtina etməsi qeyd olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə ibtidai siniflərin köçürüldüyünü və məktəbin bazasında “Vətən” idman liseyinin yaradıldığını bildirmişdi.

Tarix
2026.10.08 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla