Yuxarı

Lerik və Naxçıvana qar yağdı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarından etibarən Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrinə ilk qar yağmağa başlayıb.

Axar.az xəbər verir ki, yağıntılar Ordubad rayonunun ərazisində daha intensiv olub. Naxçıvan şəhərinə isə sulu qar yağıb.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Dağlıq Lerik rayonuna da bu ay ikinci dəfə qar yağıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, yağıntı rayonun 70-ə yaxın yaşayış məntəqəsini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 5-10 sm təşkil edib. Qar yağışı rayonda hər hansı ciddi çətinliklər yaratmayıb. Lənkəran-Lerik şosesində sürüşmə aktivliyinin artması səbəbindən yolda xırda uçqunlar baş versə də, 43 saylı rayon yol-istismar sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem operativ qaydada aradan qaldırılıb.

Rayona elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində də heç bir çətinlik yaşanmayıb.

Ucqar yaşayış məntəqələrinə gedən avtomobil yollarının nəzarətə götürüldüyünü bildirən icra rəsmisi lazım gəldiyi təqdirdə qum və duz ehtiyatından istifadə ediləcəyini söyləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 27-ə kimi davam edək. Bu gecə yüksək dağlıq ərazilərdə temperaturun mənfi 1-2 dərəcəyə kimi enəcəyi gözlənilir.

Tarix
2016.10.25 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla