Yuxarı

Azərbaycandan gedən səfir ADU-da oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan gedən səfir ADU-da oldu

Oktyabrın 15-də Yaponiyanın ölkəmizdə diplomatik missiyası başa çatan fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Azərbaycan Dillər Universitetinin qonaq olub.

Bu barədə Axar.az-a universitetdən məlumat verilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Yaponiya ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətləri təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Rektor çıxışında Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin inkişafına, müxtəlif ölkələrin dil və mədəniyyətlərinin öyrənilməsinə xüsusi önəm verdiyini vurğulayıb.

Görüş zamanı ADU-da yapon dilinin tədrisi, Yaponiya mədəniyyətinin və adət-ənənələrinin öyrənilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Universitetin müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin təbliğinə verdiyi önəm diqqətə çatdırılıb.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişafında təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Sonda səfir göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycanda səfirlik müddətinin başa çatması ilə əlaqədar vidalaşıb.

Səfir çıxışında Azərbaycan və Yaponiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Tarix
2026.10.16 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla