Yuxarı

Cəbrayılda bu qurumun yeni inzibati binası istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda bu qurumun yeni inzibati binası istifadəyə verildi

Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər.

İki mərtəbədən ibarət olan inzibati bina müasir tələblərə uyğun inşa edilib və müasir avadanlıqlarla təchiz olunub. Binada rəhbər heyət üçün otaqlar, laboratoriya, energetik və mexanik otaqları, SCADA otağı, iqtisadiyyat və uçot şöbəsi, hüquq və insan resursları şöbəsi, mühasibatlıq və digər xidməti otaqlar yaradılıb.

Bununla yanaşı, inzibati binanın 2 hektar ərazini əhatə edən həyətyanı sahəsində anbar binası, texniki işçilər üçün əlavə tikili, sanitar qovşağı və digər yardımçı tikililər inşa edilərək istifadəyə verilib.

Yeni inzibati bina ilə tanışlıq zamanı ADSEA-nın sədri Zaur Mikayılova Cəbrayıl şəhərində görülən işlər və su təchizatı infrastrukturu barədə məlumat verilib.

Ərazidə məskunlaşan sakinlərin su təminatını həyata keçirmək məqsədilə rayon ərazisində 9 subartezian quyusu qazılıb, ümumi tutumu 7 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının dezinfeksiyası məqsədilə elektroliz qurğusu da istifadəyə verilib.

Qeyd olunub ki, şəhərdə ilkin mərhələdə 712 ailə üçün mənzillər inşa edilib. Hazırda 695 ailə şəhərə köçərək məskunlaşıb.

Hazırda Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi su təminatının yaxşılaşdırılmasına və mövcud infrastrukturun dayanıqlı fəaliyyətinin təmin olunmasına xidmət edir.

Tarix
2026.10.16 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla