Yuxarı

Astarada dağ yolunda sürüşmə baş verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astaranın 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmə bölgəyə düşən intensiv yağıntılar səbəbindən baş verib.

Yol təqribən 7 metrədək sürüşərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Yerli qurumların müdaxiləsindən sonra yola 10-dək ağırtonajlı yük maşınında qum-çınqıl gətirilərək döşənib. Nəticədə avtomaşınların hərəkəti bərpa olunub.

Hazırda sözü gedən avtomobil yolunun rayonun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Belə ki, burada eni 3 metr olan yol 10 metrədək dərəyə doğru sürüşüb. Sürüşmə zolağı 30 metrlik məsafəni əhatə edib. Ağır texnikanın və işçi qüvvəsinin səyləri ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu ötən ilin aprel ayında istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.

Tarix
2016.10.28 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla