Yuxarı

Telefonu qadının cibindən belə oğurladılar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metrodan çıxan qadının cibindən telefonunu götürür... Telefonu götürdükdən sonra qadının arxasınca da baxır ki, xəbəri oldu, ya yox.

Xəzər TV-nin məlumatına görə, görüntülər Bakı Metropoliteninin 'Nizami' stansiyasında təhlükəsizlik kamerasına düşüb. Bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun 'Nizami" stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikayət edib.

Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub. Həmin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Polis əməkdaşları Anar Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Tarix
2016.11.04 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla