Yuxarı

Oqtay Əsədov Dan İanku ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İanku ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sədr yeni səfirin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da irəliyə aparılması üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib, bu işdə ona uğurlar arzulayıb.

Qeyd edilib ki, qədim tarixi köklərə malik olan münasibətlərimiz müasir dövrdə yeni keyfiyyətlə inkişaf etməkdədir. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Ölkə başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb. Bu günədək Azərbaycanla Rumıniya arasında 60-a yaxın hüquqi sənəd imzalanıb.

Azərbaycan Rumıniya ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan müştərək iqtisadi komissiyanın fəaliyyəti təqdirəlayiqdir.

Spiker dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib, 2006-cı ildə Rumıniyaya etdiyi səfəri xatırladıb. Bildirilib ki, Rumıniya parlamentinin hər iki palatasının sədrləri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu sahədə əlaqələrimizin daha da möhkəmlənməsində parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının rolu böyükdür. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər. "Biz prinsipial məsələlərdə beynəlxalq qurumlarda Rumıniyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək dəyərləndirir və ümid edirik ki, bu dəstək gələcəkdə də davam edəcək", - deyə O.Əsədov vurğulayıb.

Səfir Dan İanku yeni vəzifədə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Qeyd edib ki, Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir.

Azərbaycanın əldə etdiyi uğurlar Rumıniyanı da sevindirir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi ümumi məqsədlərə xidmət edir. Bu məsələdə parlamentlərin də üzərinə böyük vəzifə düşür. Biz parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından əhəmiyyətli hesab edirik.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.11.08 / 21:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla