Son zamanlar ali məktəblərdə tələbələrin etiraz
aksiyaları kütləvi hal alıb. Əvvəlcə ADPU daha sonra Azərbaycan
Universiteti baş tutan aksiyalarda tələbələr universitet
rəhbərliyindən semestr imtahanlarının test üsulunda qalmasını tələb
edirdilər. Baş tutan tələbə etirazlarının əsas səbəblərini
aydınlaşdırmaq üçün təhsil eksperti Etibar Əliyevin fikirlərini
öyrəndik.
Əslində sistem necə işləyir?
- Müəllim mühazirə deyir, lakin imtahan vaxtı kənarlaşdırılır,
başqası gəlir bir kompüter sistemi yaradır və onun vasitəsi ilə
tələbələrdən imtahan götürür. Bütün semestr boyu müəllim tələbəni
kurikulum, gündəlik qiymətləndirmə, dərsdə davranış, dərsə
davamiyyət vasitələri ilə dəyərləndirir. Sonra kiçik bir bal
hissəsi qalır ki, həlledici rol oynayır bunu isə yuxarıda
yazılanlardan xəbəri olmayan başqa biri - yəni imtahanı götürən
həyata keçirir. Nəticədə də bu çox ciddi narazıçılıqlara səbəb
olur.
Rektorlar öyünür ki, o, test üsulu ilə imtahan keçirir. Lakin sorğu
keçirsəz, monitorinq aparsaz görərsiniz ki, ümumiyyətlə, ali
məktəblərdən xaric olan yoxdur.
Bəs səbəb nədir?
- Birincisi nə qədər tələbə fənni mənimsəyir? Onların
qiymətləndirilməsi necədir?
Bir qrupda 20-30% tələbə qeyri kafi alır, digər yerdə imtahanda
necə 4-5-lə qiymətləndirilirlər?
Bu, sistemin qüsurudur. İmtahanların bir qismi yazılı keçirilir,
bir qismi isə test üsulu ilə. Diqqət yetirsəz görərsiniz ki, bu gün
bizim tələbələr danışa, fikir ifadə edə, predmet haqqında fikir
yürüdə bilmirlər. Bunun əsas səbəblərindən biri də test üsuludur.
Yəni heç vaxt məktəb və ali məktəblərdə tarix, riyaziyyat,
sosiologiya "bəli"-"xeyr"lə cavablandırıla bilməz, bu izah
olunmalıdır. Onlar esselər yazmalı və onları danışmalıdırlar. Bu
üsulları tədbiq etməklə mütəxəssislər yetişdirilməlidir.
Məsələn:
"Turizm" deyilən bir ali məktəbin tələbəsinin 70%-i diplom ala
bilmir. Bu nə imtahan sistemidir? Bunlar sistemi hardan götürüb?
Nəyə görə tələbə cavab verə bilmir? Bunun günahı tək tələbədədir
mi?
Xeyr, burda müəllimin də, ali məktəb rəhbərliyinin və
administrasiyanın da günahı var. Ona görə mən hesab edirəm ki,
tələbələrin bilik qazanmasına və onun düzgün qiymətləndirilməsinə
xidmət edən bir vahid imtahan forması müəyyənləşməlidir.
Qeyd
Azərbaycan ali məktəbləri 2005-ci ildən baloniya sisteminə
qoşulub. Bu sistemdə isə bu şəkildə imtahanın keçirilmə proseduru
yoxdur. Əgər Azərbaycan baloniya, kredit sisteminə qoşulubsa,
təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün addımlar atılırsa,
baloniya sistemi birmənalı şəkildə deyir ki, müəllim özü öz
tələbələrini imtahan etməli, müəllimin dərs yükünə elmi istiqamətdə
işlər daxil olmalı və imtahanı özü seçib formalaşdırmalıdır.
Şikayətlərə əsil səbəb nədir?
Tələbələrin şikayəti xeyli sayda tələbənin əlaçılıqdan və
prezident təqaüdündən bu üsulla süni şəkildə salınmasından irəli
gəlir. Deməli, bu üsul müsbət məsələlərə xidmət etmir. O ki qaldı
test üsuluna: məktəbdə, buraxılış imtahanlarında, qəbul
imtahanlarında test. Hər yerdə testdir. Ancaq tələbə ya praktikada,
ya da imtahan keçirilən zaman biliyini nümayiş etdirməlidir. Ona
görə də bu qarışıq sistemdə - konkret olaraq pedoqoji universitetdə
yaranan bu etirazlar obyektiv etirazlardır. Onların qiymətləri
kəsilir və tələbələr hesab edir ki, bu, süni maneədir və oxuduqları
ali məktəblər istəmir ki, onlar əlavə təqaüdlə təmin
olunsunlar.