Yuxarı

Metroda ticarət obyektləri iki həftəyə tam söküləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Bu Şəhər İcra Hakimiyyətinin bütün strukturları metro keçidlərində ticarət obyektlərinin söküntüsü işinə cəlb olunub".

"Axar.az"
APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib: "Həmin obyektlərin sökülməsi ilə bağlı Bakı şəhəri icra başçısı Hacıbala Abutalıbovun sərəncamı var. Bu işə Bakı şəhəri İcra Hakimiyyətinin bütün icra strukturları cəlb olunub".

Onun sözlərinə görə, həmin sərəncama əsasən, martın 28-nə kimi Metropoliten stansiyalarının girişi və çıxışlarında olan bütün obyektlər söküləcək: "Hacıbala Abutalıbovun Bakı Metropolitenində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə görüşündə əldə olunan razılıq ondan ibarətdir ki, həmin sahibkarların işlə təmin olunması və digər ticarət obyektlərinə köçürülməsi dövlət səviyyəsində həll olunacaq. Həmin ticarət mərkəzlərinə "Amay", "Yeni Günəşli"də ticarət mərkəzlərində, "Keçlə bazarı", "Yaşıl bazar", "Şərq bazarı"nda yer ayrılıb. Oraya köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən ödənəcək".

Qeyd edək ki, metronun "Nəriman Nərimanov" stansiyasında 185, "Neftçilər" stansiyasında 186, "Koroğlu" stansiyasında 109, "Qara Qarayev" stansiyasında 94, "Əhmədli" stansiyasında 93, "Xalqlar Dostluğu" stansiyasında 96, "İnşaatçılar" stansiyasında isə 88 ticarət obyekti söküləcək.

Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.

R. Hacıyev onu da bildirib ki, hazırda metronun "28 May" stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: "Əvvəllər "28 May" stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur".

R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: "Çünki onların metro ilə əlaqəsi yoxdur".

Tarix
2014.03.15 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla