Yuxarı

Zakir Həsənov İran səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin ikitərəfli əməkdaşlıq planına uyğun olaraq uğurla davam etdiyini vurğulayıb.

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya dostluq səfərinin yüksək səviyyədə həyata keçirilməsindən məmnunluq ifadə edən səfir bu cür səfərlərin qarşılıqlı və intensiv şəkildə təşkil olunmasının vacibliyini xüsusi qeyd edib.

Hərbi sahədə əlaqələrin perspektivlərinə toxunan tərəflər bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə Nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, regional problemlər də müzakirə olunub.

Tarix
2016.11.23 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla