Yuxarı

Müəllim və valideynlər arasında dava düşdü - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb.

Bu barədə Report-a Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib. Kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Məlumata görə, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən döyülüb. Hadisə 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.

Məlum olub ki, davaya 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi səbəb olub. İ.Abidov isə özünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisə düşüb. G.Yaqubova isə anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Tamara Məmmədovanı məktəbə çağırıb. Nəticədə 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb.

Araşdırma aparılır.

Tarix
2016.11.25 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla