Yuxarı

Ölkədə uşaqlar arasında yayılan xəstəliklər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) daha çox aşkar olunur.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, bu xəstəlik əsasən məktəbəqədərtdən əvvəlki və məkətəbyaşlı uşaqlar arasında özünü büruzə verir: "Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəlikləri kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anotomik fizioloji xüsusiyyətləri ilə izah olunur. Uşaqlar arasında digər somatik yoluxucu xəstəliklər də müşahidə olunur".

Baş pediatr onu da bildirib ki, hazırda Azərbaycanda 0-18 yaşlıların sayı 2 588 959 nəfərdir: "Bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib".

Tarix
2016.11.29 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla