Yuxarı

"Bazarstor"da balıq davası - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının məhşur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, ''Bazarstor''da ona xarab ərzaq satıblar.

Xanım alıcı Kriminal.az-a açıqlamasında bildirib ki, noyabrın 29-da ''Bazarstor''un Əhmədli qəsəbəsindəki mağazasından ''Ağ Amur'' balığı (Belamur) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub.

Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başlayıb. Baxmayaraq ki, balığın pis qoxusu olmayıb, amma çox acı dadıb. Həmin balığı müayinə üçün Respublika Baytaqlıq Laboratoriyasına apararaq təhvil verib. Laboratoriyanın nəticəsi 2-3 gün ərzində bilinəcək.

E.Şıxamirova bildirib ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb. Qarşı tərəf ona balığın xarab olmadığını, əksinə, çox dadlı olduğunu deyib.

"Azərsun Holdinq" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, şikayətçi xanım balığı alandan iki gün sonra xarab olması ilə bağlı mağazaya müraciət edib. Yoxlanıldıqdan sonra məlum olub ki, həmin məhsulda heç bir problem yoxdur.

Holdinq rəsmisinin sözlərinə görə, həmin alıcının ''Bazarstor''a qarşı tutduğu mövqedə qərəz var. Çünki heç bir laboratoriya müayinəsi olmadan aldığı balığın xarab olmasını iddia edir və ''Bazarstor''un imicinə zərbə vurur. Ona görə də həmin xanım məhkəməyə veriləcək.

A.Səfərov əlavə edib ki, xarab olduğu deyilən balıq məhsulundan mağazada tonlarla satılıb və heç bir şikayət gəlməyib.

Tarix
2016.12.02 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla