Yuxarı

İçki və siqaret oğrusu saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə oğurluq hadisəsində şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayonun Əlibəyli kənd sakiniEmraşvili Arcil Kadjanovic saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, aprelin 4-də rayonun Qaxbaş kəndində yerləşən Abdullayev Mais Murtuz oğluna məxsus marketə qanunsuz olaraq girib, oradan pul, siqaret, içki və yeyinti məhsulları oğurlayıb. Bundan başqa sentyabrın 5-i gecə saatlarında Qax şəhər İmam Mustafayev küçəsində yerləşən Cəlilov İlham İbrahimxəlil oğluna məxsus mağazaya qanunsuz daxil olan Arcil Emraşvili oradan içki və siqaret oğurlayıb. Arcilin rayon ərazisində digər mağazalardan oğurluq etdiyi bildirilir.

Arcil Emraşvili Azərbaycan Respublikası CM -nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunaraq, barəsində həbs qəti imkan tədbiri seçilib.

Tarix
2016.12.03 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla