Yuxarı

İran Azərbaycanla keçid məntəqələrini bağladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbəb kimi Culfada iki iranlı traktorçunun vurularaq öldürülməsi xəbəri yayılıb

Azərbaycanın İranla olan sərhəd keçid məntəqələrinin bağlanması barədə ilkin və dəqiqləşdirilməmiş məlumatlar almışıq. Biləsuvar keçid məntəqəsindən Azərbaycan siyasətinin fəallarından olan tanıdığımız oxuculardan biri musavat.com-a zəng vuraraq bildirib ki,hazırda bu sərhəd-keçid məntəqəsi bağlıdır: "Burada 2 minə yaxın adam növbə gözləyir. Dünəndən bağlanıb. Bunun səbəbi barədə heç nə deyilmir. Burada danışırlar ki, İranın təşəbbüsü ilə bütün sərhəd məntəqələri bağlanıb. İnsanlar çətin durumdadır."
Culfadakı mənbəmiz isə Müsavat.com-a dedi ki, burada gəzən söhbətlərə görə, bunun səbəbi İranla Azərbaycan arasında yaranan ciddi bir skandaldır. O, deyib ki, 7 noyabrda İranın Culfa ilə sərhəd təmas xəttindəki neytral zonada iranlı traktorçular iş görürmüş. Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqdan sonra onlara atəş açıb. Nəticədə iki iranlı traktorçu ölüb. Bundan dərhal sonra İran bütün sərhəd keçid məntəqələrini bağlayıb. Xatırladaq ki, az öncə İranın Naxçıvana atəş açması barədə saytlarda xəbərlər dərc olunmuşdur.
Tarix
2013.11.08 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla