Yuxarı

Əmanətçilərə 718 milyon manat ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 718 milyon manat ödənildi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən dekabrın 12-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i ), Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 milyon 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 074 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 milyon 259 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 milyon 943 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 202 min manatdan artıq kompensasiya ödənilib.

Dekabrın 12-də Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 173 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 430 milyon 277 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 726 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.12.13 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla