Yuxarı

Axar.Az Logo

Ceyran oğurlayan mühafizəçi ifşa olundu - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Milli Parkı rəhbərliyinin 23 dekabr 2016-cı ildə apardığı daxili araşdırma nəticəsində mühafizə yegeri Səyyar Nəcəfov tərəfindən bir baş ceyran fərdinin tutularaq həyətyanı sahəsində gizlədilməsi faktı barədə şübhələr yaranıb. Həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısını almaq və kömək məqsədi ilə dərhal Milli Park tərəfindən Salyan rayon Polis Şöbəsinə məlumat verilib.

Ekologiya və Təbii Sətvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşları 24 dekabrda Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyanı sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.

Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Məlumat üçün bildiririk ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübəhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.

Bir fakt da təəssüflə qeyd olnmalıdır ki, mühafizə yegerlərinin milli parklara işə götürülməsi zamanı yaxın ərazidə yaşamaları ilk növbədə nəzərə alınır və bu səbəbdən də onların tam olaraq ciddi yoxlanılması həyata keçirilmir. Bu da belə xoşagəlməz nəticələrə səbəb olur.

Tarix
2016.12.25 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Bayramov Abdullahianla nələri müzakirə etdi?

Huk Tiflisdə, Armen ABŞ-da; Obrayen isə Bakıya gəlir

Borrellin fikirləri qəbuledilməzdir - XİN

Türkiyə İsveçin üzvlüyünə mane olmayacaq - Obrayen

Azərbaycan və İran admiralları Bakıda görüşdü - Foto

Ərdoğanın müavini PA-da - Görüş keçirildi

KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla