Yuxarı

Bir həftəyə 3 min protokol yazıldı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillərin dayanma-durması və park edilməsi qanunla tənzimlənir. Bakıda taksilərin avtobus dayanacaqlarını zəbt etməsi isə ciddi narahatlıq doğuran məsələdir.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında deyib.

Bölmə rəisi son zamanlarda keçirilən reydlər zamanı taksi sürücülərinin avtobus dayanacaqlarının zəbt etməsinin şahidi olduğunu bildirib.

“Biz də bu kimi hallar aşkarlanan zaman mütəmadi protokollar yazırıq. Təkcə onu demək kifayətdir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə ay ərzində tətbiq edilən protokolları təhlil edərkən, eyni sürücünün eyni xətanın müxtəlif yerlərdə müxtəlif vaxtlarda törətdiyinin şahidi oluruq. Eyni sürücüyə 4 dəfə protokol yazıldığını görürük. Ümumiyyətlə, avtobus dayanacaqlarında taksilərin və digər nəqliyyat vasitələrinin durması yolverilməz bir haldır. Mən hesab edirəm ki, paytaxta dayanma-durma ilə bağlı məsələ ən prioritet məsələlərdən biri olmalıdır. Kimliyindən asılı olmayaraq. Kiminsə, yolun hərəkət hissəsində durması uzun müddət sıxlığa səbəb ola bilər”.

Vaqif Əsədov deyib ki, bəzi sürücülər belə qayda pozuntuları edən zaman “çörək alırdım”, “adam gözləyirəm”, “xəstə gətirmişəm”, “dərman alıram” kimi ifadələr işlədirlər.

“Söz yox ki, bu ifadələr sürücüləri məsuliyyətdən azad edə bilməz. Bu gün həmin ifadələri işlətmək məhz dayanma-durma ilə bağlıdır. Təbii ki, avtomobil adam daşınması üçün nəzərdə tutulub. Sürücülərin də bu ifadələri işlətməsi düzgün deyil”.

Bölmə rəisi hesab edir ki, dayanma-durma qaydalarını pozan taksi sürücüləri 2 qat cərimələnməlidir.

“Həmin sürücülər avtobus dayanacaqlarını tutduğuna görə 40 manat cərimə olunmalı və taksi fəaliyyətindən kənarlaşdırılmalıdır. Çünki taksi fəaliyyəti ilə məşğul olan adamlar digərlərindən fərqli olaraq, qanunlara daha ciddi riayət etməlidirlər. Onlar bütün gün sükan arxasında olur, sərnişin daşıyırlar”.

Vaqif Əsədov Bakı şəhərində ötən həftə ərzində DYP əməkdaşlarının dayanma-durma ilə bağlı 3000-ə yaxın inzibati protokol tərtib etdiyini bildirib.

“Bunların arasında digər sürücülər də var. Amma taksi sürücüləri daha çox yol hərəkət qaydalarını pozurlar. Bakı şəhər üzrə dayanma-durma, parklanma vacib məsələdir və bu sahə üzrə xeyli təbliğat aparılmalıdır. Lakin yalnız yol polisinin tədbirlər həyata keçirməsi kifayət etmir. Hər kəs “Yol hərəkəti haqqında” qanunu öyrənməli, tələbləri yerinə yetirməyi bacarmalı və ən azından öz təhlükəsizliyini təmin etmək vərdişinə yiyənlənməlidir”.

Tarix
2017.01.24 / 14:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla