Yuxarı

Yasamalda qara görə çınqıl töküldü: Yollar dağılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkə ərazisində havaların şaxtalı-qarlı keçməsi ilə əlaqədar yollar buz və qarla örtüldü. Paytaxtın bəzi yerlərində asfalt örtüyünün təmizlənməsi zamanı isə problemlər yaşandı.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Bakının bəzi ərazilərində, o cümlədən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yolların buz tutmasının qarşısını almaq üçün qum deyil, çınqıl töküldüyünü, nəticədə asfalt örtüyünün yararsız hala düşdüyünü yazıblar. İstifadəçilər yeni təmir edilən və yüksək səviyyədə olan yolları çınqılın dağıtmasından və bununla da dövlət büdcəsinə milyonlarla manat ziyan vurulduğundan şikayətləniblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı hadisədən xəbərdar olmadıqlarını bildirib:

“Bizim xəbərimiz yoxdur. Bu məsələ bizdən asılı deyil, yollara qum və duz səpilməsini Mənzil İstismar İdarəsi həyata keçirir”.

Mənzil İstismar İdarəsindən isə bildirildi ki, məsələdən tamamilə xəbərsizdirlər:

“Dadaş Bünyadzadə küçəsi çox geniş küçədir. Yeni Yasamaldan 22 saylı MİS-ə qədər ərazini əhatə edir. İndi sizdən eşidirik ki, belə bir hadisə olub, məsələdən xəbərdar deyilik. O küçələrə çınqılı kimin tökdüyünü də bilmirik”.

Tarix
2017.01.30 / 13:40
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla