Yuxarı

Gömrükdə psixotrop maddə tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, idarənin yük şöbəsində İrandan Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarətindən keçirilib.

Nəzarət zamanı, xidməti itin reaksiyasına əsasən, sözügedən vətəndaş gömrük əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi yoxlanılıb. Nəticədə, avtomobilin kabinəsində - ötürücü qurğunun yanında, içərisində məişət tullantıları olan sellofon torbadakı bir ədəd bükümdə, xalis çəkisi 4,660 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Astara Gömrük İdarəsində psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı daha bir fakt qeydə alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn İran vətəndaşı da gömrük nəzarətindən keçərkən, ona məxsus idman çantasında bir ədəd bükümdə, xalis çəkisi 0,838 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.01.31 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla