Yuxarı

Xəstənin qollarını çarpayıya bağladılar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda reanimasiyaya yerləşdirilən xəstənin qollarını çarpayıya bağlayıblar.

Xəzər xəbər məlumat verir ki, paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan və dializ xəstəsi olan 55 yaşlı Şahnisə Muxtarova 5 gün əvvəl mədəsində yaranan qanaxma ilə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, həmin gün axşam övladları evə getdikdən sonra tibb bacısından su istəyib və ona ağrıkəsici iynə vurmasını xahiş edib.

Şahnisə Muxtarovanın sözlərinə görə, bir müddət sonra tibb bacısı onun qollarını parça ilə çarpayıya bağlayıb və ona qan köçürüb.

Bir müddət sonra isə Şahnisə Muxtarova özü qollarını aça bilib. Pasiyentin yaxınları deyirlər ki, hadisə ilə bağlı xəstəxana rəhbərliyinə də müraciət ediblər.

Məsələ ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxandan bildirilib ki, bəzi xəstələrə qan köçürülərkən məcburən qolları bağlanır. Reanimatoloq Kərəm Yaqubovun sözlərinə görə, Şahnisə Muxtarovanın da qolu bu səbəbdən bağlanıb. Qolunda əmələ gələn izlər isə onun xəstəliyi ilə əlaqədardır.

Həkim ekspertlər isə bildirdilər ki, xəstənin qolunun bağlanıb-bağlanmaması həkimdən asılıdır. Yəni qan köçürən həkim pasiyentin göstərdiyi reaksiyadan asılı olaraq onun qolunu bağlaya bilər. Lakin xəstə heç bir mənfi reaksiya göstərmirsə, ekspertlər qolun bağlanmamasını daha məqsədəuyğun sayırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.02.20 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla