Yuxarı

Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 4-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçiriblər. Cəmi 120 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Gün ərzində 278 kvadratmetr ərazi yoxlanılıb.

Agentlikdən Axar.az-a bildiriblər ki, 29 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 120 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. On partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmi “OF-843”, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket - 1 “PQ-7VL” və 1 “PQ-7VM”, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi “OF-412”), 3 piyada əleyhinə “OZM-72” minası və 28 tank əleyhinə mina - 4 tank əleyhinə “TM-57” minası və 24 “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57” aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 841 min 222 kvadratmetr ərazi (392 min 280 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 4-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 124 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 1972 partlamamış hərbi sursat, 66 tank əleyhinə mina və 5 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 877 min 116 kvadratmetr ərazi (428 min 174 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.04 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla