Yuxarı

Bakı dairəvi yolunda çalışan işçilər işə çıxmır – Etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı dairəvi yolunun Pirşağı qəsəbəsindən keçən hissəsinin tikintisində çalışan işçilər aksiya keçirib. Fəhlələrin etirazına səbəb aylardır ki, maaşlarının verilməməsidir.

Tikintidə maşinist vəzifəsində çalışan Rəsul İbrahimovun "Axar.az"a verdiyi məlumata görə, artıq üçüncü aydır ki, maaşları verilmir: "3 aydır ki, maaşları ala bilmirik. Bu səbəbdən də kollektiv olaraq işləri dayandırmışıq. Nə vaxt pulumuzu verərlər, işə başlayarıq".

İşçilər bildirirlər ki, Pirşağı qəsəbəsində tikilməkdə olan körpü layihənin əsas qollarından biridir. Amma buna baxmayaraq, şirkət maaşları vermək istəmir və faktiki olaraq layihə dayandırılıb.

Hadisə ilə bağlı həmin ərazidə tikintini aparan "AzVirt"MMC şirkəti ilə əlaqə saxlamaq istəsək də, qurum rəhbərliyində təmsil olunduğunu bildirən şəxs hər hansı açıqlama verməkdən imtina etdi.

Tarix
2014.04.22 / 19:28
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla