Yuxarı

Bakı metrosundakı tüstülənmə ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosundakı tüstülənmə ilə bağlı - Rəsmi açıqlama

20:33

Martın 15-də saat 20.00 radələrində Bakı Metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkətində hər hansı məhdudiyyət yoxdur.

Hadisə barədə ətraflı məlumat veriləcək.

21:01

Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

21:22

Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Axar.az FHN-in saytına istinadən xəbər veri ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.

Əlavə məlumat veriləcək.

Tarix
2017.03.15 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla