Yuxarı

İstirahət günü hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstirahət günü hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, martın 19-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər çiskin olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Tarix
2017.03.18 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla