Yuxarı

Əhalinin sayı 1,4 dəfə artacaq - Müslümov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb.

Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

Nazir bildirib ki, son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir: “Dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən var. Hər il istehsalat qəzaları və peşə xəstəliklərindən 2,3 milyon işçi həyatını itirir”.

“1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb. Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir. Ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək”, - deyə S.Müslümov əlavə edib.

Tarix
2017.03.29 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla