Yuxarı

Cəlilabadda sürüşmə: Evlər təhlükədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda yeni sürüşmə sahələri əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.

Onun sözlərinə görə, Çinar kəndində baş vermiş sürüşmə yamacboyu aktiv fazada hərəkət etdiyindən yamacın aşağı hissəsində yerləşən 4 yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Ekspedisiya rəisi bildirib ki, Soyuqbulaq kəndində baş vermiş sürüşmə zamanı 1 ev qəzalı vəziyyətə düşüb.

“Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib” – o əlavə edib.

Ə. Qaralov qeyd edib ki, eyni zamanda Cəlilabadın Muğan və Qarazəncir kəndlərində subasma hadisəsi baş verib, nəticədə evlərin zirzəmiləri su ilə dolub.

Tarix
2017.03.30 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla