Yuxarı

Mitinqdə iştirak edən bu şəxslər cəzalandırıldı - Milli Şura

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın 8 aprel tarixli mitinqində iştirak edənlərin bir qismi cəzalandırılıb.

Musavat.com bu xəbəri məlumatlı qaynaqlardan alıb. Orada bildirilir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirilib.

Məlumatda iddia olunur ki, Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən, mənzil istismar sahələri əməkdaşlarının cəzalandırılması yekunlaşıb.

Mitinqdə iştirak etməsi təsbit olunan müəllimlər işdən qovulub; tələbələrin isə oxuduqları təhsil müəssisələrindən uzaqlaşdırılması proseduruna start verilib. Eyni zamanda, bir neçə MİS əməkdaşı işdən uzaqlaşdırılıb.

Musavat.com-a konkret rəqəmlər də daxil olub. Belə ki, indiyə qədər 48 mitinq iştirakçısı işdən qovulub. Saytımız onlardan 5 nəfərinin adını dəqiqləşdirə bilib.

1. Vasif Alışlı, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim

2. Səmid Məmmədov, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim

3. Salam Mahmudov, Göyçay rayon Ləkçılpaq 2 saylı kənd orta məktəbində müəllim

4. Mahir Qocayev, Yuxarı Şirvan Kanal İstismar İdarəsində mühəndis hidrotexnik

5. Əli Abdullayev, Ağdaş Magistral Qaz kəmərləri istismarı sahəsində fəhlə

Məlum olduğu kimi, 8 aprel mitinqində çox az sayda insan iştirak edib və təşkilatçıların özləri, o cümlədən, AXCP sədri Əli Kərimli də bu aksiyanı özündən əvvəlkilərdən çox sönük kimi qiymətləndiriblər. Belə bir şəraitdə hakimiyyətin mitinq iştirakçılarının kimliyini təsbit etməsi və cəza paketini işə salması da asan olub.

Görünür, hakimiyyət müxalifətin nüvəsini də dağıtmaqda qərarlıdır və buna görə də güzəştsiz davranır, etirazçılara qoşulan az sayda büdcə çalışanlarını cəzalandıraraq, yerdə qalanlar üçün görk yaradır.

Tarix
2017.04.25 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla