Yuxarı

Həmsədrlər Azərbaycana gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmsədrlər Azərbaycana gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəsin imzalanmasının 20 illiyini qeyd etmək üçün regiona səfər edəcəklər.

"Axar.az" APA-ya istinadən xəbər verirlər ki, bu barədə amerikalı həmsədr Ceyms Uolrik Karnegi Fondunda çıxışı zamanı deyib.

"Gələn həftə biz atəşkəsin elan olunması ilə bağlı razılaşmanın 20 illiyini qeyd edəcəyik. Düzdür, biz bir qədər fəxr edə bilərik ki, münaqişənin bilavasitə canlanmasının qarşısını almışıq. Amma etiraf etmək lazımdır ki, hazırkı vəziyyət qəbuledilməz və qeyri-stabildir. Bitməyən danışıqlar, zorakılıq hallarının olması, Ermənistan və Dağlıq Qarabağda yaşayan əhalinin izolyasiyası, Azərbaycanın narazılığı və yerlərini məcburi şəkildə dəyişmiş insanların qəzəbi sülh və stabilliyin resepti ola bilməz və bu həqiqətən də çiçəklənməyə aparan yol deyil. Regiondakı əhali daha yaxşısına layiqdir", - deyə Uorlik qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli və stabil sülhə nail olmaqla bağlı razılaşmada hər iki tərəfin maraqları təmin olunmalıdır.

"Hər iki ölkənin paytaxtında mən daha ümidverici bəyanatlar eşitdim, hər iki ölkənin prezidenti irəliləyişə nail olmağa çalışır. Hər ikisi razılaşır ki, son bir neçə ildə ətrafında müzakirələr aparılan sənəd yekun razılaşmanın bütün elementlərini özündə birləşdirir. ABŞ hər iki ölkə prezidentini yaxın vaxtlarda görüşməyə və sülhün əldə olunması üçün bu imkandan istifadə etməyə çağırıb", - deyə Uorlik əlavə edib.

Tarix
2014.05.08 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla