Yuxarı

Millət vəkili Meksika rəsmiləri ilə Qarabağdan danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Meksikanın Maliyyə nazirinin müavini Vanessa Rubionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətlərini dilə gətirib.

Q.Paşayeva Meksika heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Bildirib ki, 1 milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb, onların fundamental insan haqları bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir, rəsmi İrəvan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 25 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan vermir.

Meksikanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Millət vəkili Q.Paşayeva görüşün sonunda nümayəndə heyətinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Tarix
2017.05.20 / 01:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla