Yuxarı

İki gündür internet niyə zəifləyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə sosial şəbəkələrə tətbiq olunan filtr və bloklama siyasəti nəticə etibarı ilə internetin zəifləməsinə təsir edir.

Bunu Şərq.az-a son 2 gündə ölkədə internetin zəifliyinin səbəblərini şərh edərkən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib.

O bildirib ki, mart ayında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavələr qəbul olunub:

"Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə imkan verildi ki, onlar təhlükəli məsələlərdə blok tətbiq etsinlər. İndiki halda, görünür, sosial şəbəkələrdə kütləvi bloklama prosesi gedir. Sosial şəbəkələrin xəbərləşmə qrafikinə xüsusi qurğular yerləşdirilir və maneə yaradılır. Bu da istər-istəməz internetin sürətində özünü göstərir. Çünki nəticə etibarilə, bu filtrlər hamısı bəlli bir yerə siqnalın ötürülməsini əngəlləyir və sürət dəyişir.

Hökumət qanunsuz olaraq "Facebook Messenger”, "Whatsapp” və s. sosial şəbəkə üzərindən rabitə qurmaq imkanı olan bütün şəbəkələrə blok tətbiq edir. Beləliklə, qanunsuz bloklanma nəticəsində internetin keyfiyyəti aşağı düşür. Eyni zamanda bilavasitə vətəndaşların informasiyaya çıxış hüquqları məhdudlaşdırılır”.

Qeyd edək ki, son günlərdə vətəndaşlar ölkə ərazisində internetin zəif olmasından şikayətlənir.

Tarix
2017.05.23 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla