Yuxarı

Bakı polisi Somalidən gələn idmançıları axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır.

Sputnik Azərbaycan-nın verdiyi məlumata görə, Somali Federativ Respublikasının iki vətəndaşı öz yığmaları ilə birlikdə vətənə qayıtmayaraq Azərbaycanda qalıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, onların dəqiq harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Axtarılan idmançıların adları hələ açıqlanmır. Yalnız bu idmançıların atlet-qaçışçılar olduqları məlumdur. Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin sayı az olub - cəmi səkkiz idmançı. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən olan idmançı Əhməd Adissalam iştirak edib və 12-ci yeri tutub. 1500 metr məsafəyə qaçışda isə Həssən Əli 16-cı yeri tutub. Ancaq məhz bu idmançıların geri qayıtmadığı dəqiq bəlli deyil.

Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, gec-tez idmançılar tapılacaq və öz ölkələrinə deportasiya ediləcəklər. Güman edilir ki, əcnəbilər Azərbaycan vasitəsilə üçüncü ölkəyə getmək üçün burada qalıblar.

Somalidən olan atletlərin yoxa çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşları xəbərdar ediliblər.

Qeyd edək ki, hazırda Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV-in yazdığına görə, ölkədə faciəli vəziyyət hökm sürür, ərzaq çatmır və buna görə qaçışçıların vətənə qayıtmaq istəməməsi təəccüblü deyil.

Tarix
2017.05.25 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla