Yuxarı

Ramazanın ilk 3 günündə bunları yemək olmaz- Əks halda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Ramazan ayı bugündən etibarən, başladı. Dünyanın dörd bir yanında inanclı müsəlmanlar oruc tutur, İslamın müqəddəs ritualına əməl edirlər. Oruc tutmaq insan orqanizmi üçün kifayət qədər xeyirlidir. Lakin orqanizmin də oruca hazır olması gərəkdir. 11 ay ərzində kifayət qədər karbohidrat və şəkərlə, həmçinin, zülalla bəslənən orqanizm orucluğun ilk günlərində bəzən, aazacıq da olsa, əziyyət çəkəcək.

Moderator.az tanınmış mütəxəssislərin Ramazanın ilk üç günü ilə bağlı məsləhətlərini təqdim edir:

1.İftarda çox xurma yemək olmaz: İftarı bir neçə ədəd xurma ilə açmaq lazımdır. Bu zaman qandakı şəkər lazımı qədər yüksələcək. Lakin iftarda həddindən artıq çox xurma yemək olmaz. Çünki anidən yüksələn şəkər dozası anidən də enəcək ki, bu da orqanizmə pis təsir göstərəcək.

2.Xurmadan sonra mütləq sulu yemək: İftarı xurma ilə açdıqdan sonra az miqdarda da olsa sulu yemək qəbulu vacibdir. Bu zaman səhərdən fəaliyyətsiz qalan mədə-bağırsaq sistemi çox normal şəraitdə işə düşəcək cə heç bir ağırlıq yaşanmayacaq. Odur ki, iftar açılan kimi quru yeməkdən qaçmaq lazım;

3.Tez-tez yemək olmaz: İftarda aclıq və susuzluğu dəf etmək üçün sürətlə yemək və içmək qətiyyən olmaz. Su qurtum-qurtum, fasilələrlə içilməli, yemək aramla yeyilməli və yaxşı çeynənməlidir. Mədəyə bayram ediriksə, axıra kimi edək... Əks halda mədə əlavə ağırlıqla yüklənmiş olacaq;

4.Tərəvəzdən çox yararlanın: iftarda sulu yeməkdən həmən sonra tərəvəz qəbul etmək orqanizmə əlavə hədiyyədir. Bu zaman qida qəbulundakı sistemlililik pozulmur. Sulu xörəkdən sonra həmən düyüyə keçmək isə mədənizdə azacıq ağırlıq yarada bilər. Odur ki, düyü yeməyə hələlik tələsməyin;

Tarix
2017.05.27 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla