Azərbaycanlı prodüser Rusiyada ölü tapıldı
23:16
| Ana səhifə Toplum |
|
Kanalın "Azəri layf" proqramı çərçivəsində növbəti reportajı Qəbələnin Nic kəndində yaşayan udinlərdən olub.
"Axar.az" xəbər verir ki, reportajda Qafqazın ən qədim xalqlarından olan udinlərin həyat tərzi yer alıb. Hazırda dünyada sayları 10 mindən az olan udinlər öz dillərini və adət-ənənələrini qoruyub saxlayırlar. Nic kəndində 4 min udin yaşayır. Öz aralarında udi dilində danışan yerli xalq azərbaycan türkcəsində də danışmağı bacarırlar. Dini inancları xristianlıq olan udinlər Qəbələdən başqa Oğuzda da məskunlaşıblar.
Qeyd edək ki, kanal bundan öncə İvanovka kəndində yaşayan ruslardan reportaj hazırlayıb.
"Avronyus"un hazırladığı həmin reportajı təqdim edirik:
|
Tarix
2014.05.15 / 17:34
|
Müəllif
İlham Sahiloğlu
|