1987-ci ildə Pensilvaniyada R. Budd Dvyer adlı maliyyə işlərində
çalışan səlahiyyətli şəxs rüşvət almaqda ittiham edilmişdi. 55 il
həbsxana məhkumluğu ilə 300 min dollar pul cəriməsi arasında qalan
Dvyer mətbuat konfransı təşkil edərək vəzifəsindən istefa verdiyini
açıqladı. Televizayaların canlı yayımladığı mətbuat konfransında
Dvyerin etdiyi çıxış, əslində bir intihar anonsu idi: "Saatlarla
düşündükdən sonra kiməsə nümunə olmayacağını dilədiyim bir qərar
verdim", – deyən Dvyer, sözünü tamamladıqdan sonra tapançasını
çıxarıb ağzına yaxınlaşdırdı: "Bu mənzərədən təsirlənəcəksinizsə,
otağı tərk edin",- deyib silahının tətiyini çəkdi.
Futbol liqası bitdi
2005-ci ildə Koloradoda yazılan və "Rollinq Stoun" jurnalında nəşr
olunan köşə yazısının müəllifi jurnalist Hunter S.Tompson bir
məqaləsində öz intiharı barədə qeydləri qələmə almışdı. Tompson
keçirdiyi ağır xəstəlik və qəbul etdiyi dərmanlar üzündən 50
yaşında həyatına son verdi.
Jurnalist son yazısında: "Artıq oyun, əyləncə, bomba, qəlb üzmək
kimi şeylər yoxdur. 50 yaşındayam, ehtiyacım olandan və
istədiyimdən 17 il daha çox yaşamışam. Çox darıxdırıcıdır, rahat
olun, ağrıtmayacaq" kimi fikirlərini qeyd etmişdi.
Bilirsən ki, son gecə bir komediya idi
1930-cu illərin seks ulduzlarından sayılan 21 yaşındakı Jan Harlov
studiya idarəçisi və özündən iki qat yaşlı Pol Bernlə evlənəcəyini
açıqladıqda pərəstişkarlarını şoka salmışdı. Əslində, bu qərar bir
faciənin başlanğıcı idi. Bu evlilik 1932-ci il 5 sentyabr
tarixində, Pol Bernin yoldaşına aid hamam otağında özünü
öldürməsilə sona çatdı. Hamam otağında Bernin arvadının ətrini
qoxuyan cənazəsi, silah və məktub tapıldı. İntihar məktubunda bu
sözlər yazılmışdı: "Bilirsən ki, son gecə bir komediya idi".
İntihar hadisəsindən sonra Bern və xanımı Harlovun intim
münasibətlərinin normal olmadığı yönündə iddialar araya çıxdı.
Çəkdiyim diş ağrısını saymasaq, ölümümə heç bir səbəb
yoxdur
1937-ci ildə açılan San Fransiskodakı "Qolden Geyt" körpüsünün
üstündən bu günə qədər 1300 insan özünü ataraq intihar edib.
İntiharların ən təəccüblüsü isə 1954-cü ildə reallaşıb. 49
yaşındakı Con Tomas Doylenin, körpüdən özünü atıb intihar
etməsindən sonra tapılan məktubunda bu cümlə yazılmışdı: "Çəkdiyim
diş ağrısını saymasaq, ölümümə heç bir səbəb
yoxdur".
Ortalıqdakı qan üçün üzr istəyirəm
"Blək Metal" qrupunun solisti norveçli Per Ohlin biləkləri,
boğazı kəsilmiş və özünü silahla vurmuş vəziyyətdə tapılıb.
Saxladığı intihar məktubunda qeyd olunan ifadələrdə ölümdən əvvəlki
son anlarında həqiqətən ölmək istədiyini bildirən Ohlin mətnə bu
sözləri əlavə edib: "Əvvəlcə biləklərimi və boğazımı kəsdim, daha
sonra öldüyümdən əmin olmaq üçün özümü silahla vurdum. Ortalıqdakı
qan üçün üzr istəyirəm".
Stan Polli duyğusuzun biridir
Pop musiqi ikonası Pete Xam, Stan Polli ilə bütün həyatını
bərbad edəcək bir menecerlik müqaviləsini imzaladıqdan sonra
intihar edərək həyatına son qoyub. Xam sona qeydində "Ana səni
sevirəm. Bleyr səni sevirəm. Düşünürəm ki, Stan Polli duyğusuz
biridir",- yazaraq özünü asıb.
Həyatın rəngləri arasında birini də görəcəksiniz –
İntihara təşəbbüs
1974-cü ildə məşhur TV şou ulduzu Kristina Çubbuk canlı
yayımlanan proqramda 38 kalibrlik silahını çıxarıb əlində tutaraq
həyatın rəngləri haqqında danışmağa başlayıb. Sözünü bitirdikdən
sonra odlu silahdan atəş açaraq intihar edib.
Kiçik Qrey günahsız olduğumu sübut edə
bilərdi
Çində yaşayan bir adam evdə saxladığı göyərçinin ayağına intihar
məktubu bağlayıb. Məktubda, "səni incidəcək heç bir şey etməmişəm,
5 ildir bir yerdəyik. Hələ sən mənim necə bir insan olduğumu
bilməmisənmi? Kiçik Qreyin göyərçin olması nə qədər acınacaqlıdır.
Halbuki o sənə mənim məsumluğumu sübut edə bilərdi. İndi isə bunu
ölümlə sübut etməkdən başqa çıxış yolum yoxdur",- yazılmışdı.
Hadisədən sonra müəllifin nə ölüsü, nə dirisi tapılıb.
İşim bitib, gözləmək nəyə lazımdır?
Dünyanın ən böyük şirkətlərindən biri olan "Eastman Kodak"ın
qurucusu Corc Eastman həyatının son illərini bir-birinin ardınca
gələn xəstəliklərlə keçirirdi. Bu ərəfələrdə anasının əlil arabası
olmadan yeriyə bilməyəcəyini bilən Eastman gördükləri ilə barışmaq
istəmədiyindən ürəyinə vurduğu gülləylə həyatına son verdi. Məşhur
iş adamının intiharla bağlı yazdığı qeyddə bu sözlər vardı:
"Yoldaşlarıma… İşim bitib, gözləmək nəyə lazımdır?"