Yuxarı

Təbiətə 42 minlik ziyan vuran şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz olaraq 100-dən çox ağacı kəsən şəxsə cinayət işi açılıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.

İlkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2017.07.24 / 12:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla