Yuxarı

Yevlax xəstəxanasındakı yanğın söndürüldü - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:20

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Report-un məlumatına görə, xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

Xəstəxanadan verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb:

"Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.

Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub.

Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Tarix
2017.07.27 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla