Yuxarı

Aİ Azərbaycanda bu sığortanın tətbiqinə dəstək verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ Azərbaycanda bu sığortanın tətbiqinə dəstək verir

Avropa İttifaqı (Aİ) Tvinninq layihəsi vasitəsilə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Aİ-nin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Aİ tərəfindən Tvinninq layihəsinə start verilib.

Həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.

Layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.

Bu layihə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacaqdır.

Tarix
2017.07.28 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla